Qətər: ABŞ və İran arasında danışıqlara daha çox vaxt lazımdır

2026/05/1779205100.jpg
Oxunub: 419     19:33     19 May 2026    
Qətər ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə aparılan danışıqların razılıq əldə olunması üçün əlavə vaxta ehtiyac duyduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin mətbuat katibi Maced əl-Ənsari bəyanat verib.

Açıqlama ABŞ Prezidenti Donald Trampın diplomatik prosesə imkan yaratmaq məqsədilə mümkün zərbələrin təxirə salındığını bildirməsindən bir gün sonra səsləndirilib.

“Biz tərəflərin yaxınlaşması və həll yolunun tapılması istiqamətində ciddi iradə nümayiş etdirən Pakistanın diplomatik səylərini dəstəkləyirik və həqiqətən hesab edirik ki, bu prosesə daha çox vaxt lazımdır”, - deyə əl-Ənsari bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   ABŞ   İran  


Bizi "telegram"da izləyin