Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq müştərilərimiz üçün vəziyyətə daha çox aydınlıq gətirmək məqsədilə uçuş cədvəlində əlavə dəyişikliklər etmişik”, - deyə “British Airways” şirkətinin nümayəndəsi agentliyə bildirib.
Şirkət rəsmisi qeyd edib ki, hadisələrin inkişafı daim izlənilir və dəyişikliklərdən təsirlənən sərnişinlərlə birbaşa əlaqə saxlanılır, onlara müxtəlif həll variantları təqdim olunur.
Məlumata görə, aviaşirkət daha əvvəl uçuşlar bərpa olunduqdan sonra Yaxın Şərq istiqamətində reyslərin sayını azaltmağı, həmçinin Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri olan Ciddəyə uçuşlardan tamamilə imtina etməyi planlaşdırdığını açıqlamışdı.
Bundan başqa, “British Airways” Dubay, Doha, Ər-Riyad və Təl-Əviv istiqamətlərində uçuşların tezliyini azaldaraq gündəlik bir reysə endirməyi nəzərdə tutur.
Xəbərdə qeyd olunub ki, uçuş cədvəlindəki pozuntularla yanaşı, Hörmüz boğazında tanker daşımalarının bloklanması riski səbəbindən yaranan neft böhranının bu yay aviasiya yanacağı çatışmazlığına və aviabiletlərin bahalaşmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar da artır.
Sevinc Əliyeva
Ordu.az