Qətər Hörmüz boğazında gəmiçilik azadlığına çağırış edib

2026/05/1779199391.jpg
Oxunub: 390     18:04     19 May 2026    
Qətər Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasına çağırıb və bu su yolunun bağlanmasının beynəlxalq hüququn kobud şəkildə pozulması olacağını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Qətər baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari açıqlama verib.

Diplomat mətbuat konfransı zamanı bildirib ki, beynəlxalq hüquq normalarına əsasən Qətərin Hörmüz boğazından təhlükəsiz keçid hüququ var.

Onun sözlərinə görə, heç bir dövlət, o cümlədən İran gəmilərin hərəkətinə mane ola və ya boğazı bağlaya bilməz.

Əl-Ənsari qeyd edib ki, hazırda müxtəlif səviyyələrdə Fars körfəzində sabitliyin bərpası və gəmiçilik azadlığının təmin olunması məqsədilə təmaslar aparılır.

O vurğulayıb ki, vəziyyətin diplomatik yolla həllindən başqa alternativ yoxdur.

Qətər rəsmisi Dohanın ABŞ ilə İran arasında vasitəçilik istiqamətində Pakistanın səylərini tam dəstəklədiyini də bildirib.

“Vasitəçilik səylərinə dəstək hazırda Dohanın siyasətinin əsasını təşkil edir və Qətər bu təşəbbüsləri dəstəkləyir”, - deyə əl-Ənsari bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Hörmüz  


Bizi "telegram"da izləyin