WSJ: ABŞ-də süni zəkanın inkişafına qarşı münasibət güclənir

2026/05/1777914084.jpg
Oxunub: 419     17:57     19 May 2026    
ABŞ-də süni zəkanın inkişafına mənfi yanaşan insanların sayı getdikcə artır və texnologiyanın tətbiqinə qarşı müqavimət genişlənir.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, son həftələrdə keçirilən müxtəlif sorğular zamanı respondentlərin böyük əksəriyyəti süni zəka ilə bağlı narahatlıqlarını ifadə edib.

Məqalədə qeyd olunub ki, bu vəziyyət texnologiya sahəsi rəhbərlərinin süni zəkanın populyarlaşacağı və insanların həyatını yaxşılaşdıracağı barədə iddiaları ilə ziddiyyət təşkil edir.

Amerikalılar əsasən iş yerlərinin kütləvi şəkildə itirilməsindən ehtiyat edirlər.

Bundan əlavə, məlumat emalı mərkəzlərinin genişlənməsi fonunda enerji daşıyıcılarının qiymətlərinin kəskin artması da narazılıq doğurur.

ABŞ-li valideynlər isə süni zəkanın təhsili pozduğunu və uşaqların psixi sağlamlığına zərər verdiyini düşünürlər.

Nəşr yazır ki, sosioloqlar və tarixçilər ictimai rəyin bu qədər sürətlə pisləşməsini demək olar ki, görünməmiş hal hesab edirlər.

Politoloqların fikrincə, süni zəka ilə bağlı narahatlıqların siyasi problem kimi sürətlə ön plana çıxması seçki kampaniyalarına və partiyalararası qarşıdurmalara da təsir edir.

Süni zəkanın tətbiqi səbəbindən iş yerlərinin ixtisar olunması ilə bağlı bir sıra səs-küylü açıqlamalar da amerikalıların bu texnologiyaya inamsızlığını daha da artırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Süni-zəka  


Bizi "telegram"da izləyin