“NetBlocks”: İranda internetin kəsilməsi 2,5 aydan çoxdur davam edir

2026/05/1779187988.jpg
Oxunub: 352     14:52     19 May 2026    
İran ərazisində internetə çıxışın demək olar ki, tam şəkildə məhdudlaşdırılmasının artıq 80 gündən çoxdur davam etdiyi bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə beynəlxalq monitorinq xidməti “NetBlocks” məlumat yayıb.

“Artıq 81 gündür, yəni 1 920 saatdır ki, İranda internetə çıxış dayandırılıb”, - deyə xidmətin X sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

“NetBlocks” bildirib ki, bu bloklama müşahidələr aparılan bütün dövr ərzində ölkə miqyasında qeydə alınmış ən uzunmüddətli internet məhdudiyyəti hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İnternet  


Bizi "telegram"da izləyin