“BFM Business”: Hörmüz boğazının blokadası səbəbindən benzin və dizel qiymətləri uzun müddət yüksək qalacaq

2026/05/1778995929.jpg
Oxunub: 301     13:05     19 May 2026    
Hörmüz boğazının blokadası fonunda benzin və dizel yanacağının qiymətlərinin uzun müddət yüksək səviyyədə qalacağı bildirilir.

Ordu.az xəbər verir ki, bu fikri “BFM Business” televiziya kanalının efirində Fransanın iqtisadiyyat və maliyyə naziri Rolan Leskür səsləndirib.

Onun sözlərinə görə, Hörmüz boğazı sabah açılsa belə, neft daşıyan tankerlərin Fransa sahillərinə çatması üçün müəyyən vaxt tələb olunacaq.

Leskür vurğulayıb ki, yaranmış vəziyyət Fransanın neft asılılığından qurtulmalı və elektrik enerjisindən istifadəyə keçidi sürətləndirməli olduğunu bir daha göstərir.

Hörmüz boğazının blokadası və bunun nəticəsində yaranmış tədarük problemləri səbəbindən Fransada benzinin qiyməti təxminən 19%, dizel yanacağının qiyməti isə 36% artıb.

Yanacaqdoldurma məntəqələrində bir litr dizel yanacağının qiyməti 2,5 avroya çatıb ki, bu da son 20 il ərzində mütləq rekord hesab olunur.

Fevralın 28-də ABŞ İsrail ilə birlikdə İran əleyhinə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran raketlər və pilotsuz uçuş aparatları ilə İsrailə, ABŞ hərbi bazalarına və Yaxın Şərqdəki neft infrastrukturuna zərbələr endirib.

Bundan əlavə, İran dəniz yolu ilə daşınan qlobal neft tədarükünün təxminən 30%-ni təmin edən Hörmüz boğazını da bağlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Blokada  


Bizi "telegram"da izləyin