Yunanıstan Dimetoka və Kerpe adasından “Patriot”ları geri çəkmək qərarı alıb

2026/05/1779177865.jpg
Oxunub: 311     12:02     19 May 2026    
Yunanıstanın Dimetoka və Kerpe adasındakı “Patriot” hava hücumundan müdafiə raket batareyalarını geri çəkəcəyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Televiziyası ERT məlumat yayıb.

Məlumata görə, bu gün Yunanıstanın baş naziri Kiriakos Miçotakisin rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurası toplanıb.

Toplantıda ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra Yunanıstanın Mərmərə bölgəsindəki Dimetoka və Egey dənizində yerləşən Kerpe adasına yerləşdirdiyi “Patriot” hava hücumundan müdafiə raket batareyalarının geri çəkilməsinə qərar verilib.

Livana 13 ədəd M113 tipli tırtıllı zirehli personal daşıyıcısının göndərilməsinə də qərar verilib. Toplantıda İtaliya istehsalı olan “Bergamini” sinfinə məxsus freqatların alınması və MEKO sinfinə məxsus freqatların da modernləşdirilməsi təsdiqlənib.

Digər tərəfdən, xarici işlər naziri Yorqos Yerapetritis toplantıda Yaxın Şərqdəki inkişaflarla bağlı məlumat verərkən, Türkiyənin “Mavi Vətən”lə bağlı yeni qanun çıxarma ehtimalı da masaya yatırılıb.

Yunanıstan hökuməti martın əvvəlində Mərmərə bölgəsindəki Dimetoka və Egey dənizindəki Kerpe adasına “Patriot” hava hücumundan müdafiə raket batareyaları yerləşdirmək qərarı vermişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Patriot  


Bizi "telegram"da izləyin