Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə cümə günü baş verib. “SpaceX”in podratçı şirkətlərindən birinin əməkdaşı “Starbase” kompleksinin genişləndirilməsi işləri zamanı hündürlükdən yıxılaraq ölüb.
Qeyd olunur ki, son illərdə “SpaceX” baza infrastrukturunun inkişafını sürətləndirib, o cümlədən zəruri obyektlərin yaradılması istiqamətində işləri genişləndirib.
Bu addımların “Starship” kosmik gəmisinin prototip buraxılışlarının daha tez-tez həyata keçirilməsinə imkan verəcəyi bildirilir.
“Starship”in növbəti sınaq uçuşu mayın 20-nə planlaşdırılıb.
Şirkətin planlarına əsasən, “Starship” kosmik sistemi çoxfunksiyalı olacaq və müxtəlif modifikasiyalarla həm Yerə yaxın orbitə insanlı uçuşlar və peyklərin buraxılması, həm də Ay, Mars və daha uzaq kosmik obyektlərə missiyalarda istifadə ediləcək.
Sevinc Əliyeva
Ordu.az