“Iran War Cost Tracker”: ABŞ İranda həyata keçirilən hərbi əməliyyatlara 85 milyard dollardan çox xərc çəkib

2026/04/1777437793.jpg
Oxunub: 344     11:42     19 May 2026    
ABŞ İranda həyata keçirilən hərbi əməliyyatların 79 günü ərzində 85 milyard dollardan çox xərc çəkib.

Ordu.az xəbər verir ki, bu barədə “Iran War Cost Tracker” analitik portalı məlumat yayıb.

Saytda yerləşdirilən və real vaxt rejimində yenilənən hesablayıcının məlumatları martın 10-da Pentaqonun ABŞ Konqresinə təqdim etdiyi hesabata əsaslanır.

Həmin sənədə görə, Yaxın Şərqdə döyüş əməliyyatlarının ilk altı günü ərzində Vaşinqton 11,3 milyard dollar xərc çəkib, münaqişənin sonrakı hər günü üçün isə əlavə 1 milyard dollar ayrılması planlaşdırılır.

Mənbənin məlumatına görə, ümumi hərbi xərclər daha əvvəl ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə müavini vəzifəsini icra edən Culs Herstin açıqladığı rəqəmlərdən təxminən üç dəfə çoxdur.

O, Konqresin Nümayəndələr Palatasının ayırmalar komitəsində keçirilən dinləmələr zamanı Vaşinqtonun İrana qarşı hərbi əməliyyat zamanı təxminən 29 milyard dollar xərc çəkdiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin