Vens Ağ Evin məzuniyyətə gedən mətbuat katibini brifinqlərdə əvəz edəcək

2026/05/1779176854.jpg
Oxunub: 274     11:37     19 May 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu gün Ağ Evdə jurnalistlərin suallarını cavablandıracaq.

Ordu.az xəbər verir ki, bu barədə administrasiyanın mətbuat xidməti məlumat yayıb.

Çərşənbə axşamı üçün açıqlanan qrafikə əsasən, Vensin brifinqi yerli vaxtla saat 13:00-a planlaşdırılıb.

ABŞ prezidenti Donald Trampa gəlincə isə, onun gündəliyinə bir neçə qapalı görüş, eləcə də qanunvericilərlə keçiriləcək toplantıda çıxış daxildir.

Xatırladaq ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt ikinci övladının dünyaya gəlməsi ilə əlaqədar məzuniyyətə çıxıb. İki həftə əvvəl brifinq zalında Livitti dövlət katibi Marko Rubio əvəz edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ  


Bizi "telegram"da izləyin