ABŞ və onun müttəfiqləri İranla bağlı yeni strateji səhvlərə yol verməməlidirlər. İranın Baş Qərargahının “Xatəmül-Ənbiya” mərkəzi qərargahının komandanı, general-mayor Əli Abdollahi bildirib ki, Tehrana qarşı hər hansı yeni hücuma qəti cavab veriləcək.
Ordu.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
“Biz ABŞ-ni və onun müttəfiqlərini bir daha xəbərdar edirik ki, strateji səhvlərə və hesablamalarda yanlışlıqlara yol verməsinlər. Onlar başa düşməlidirlər ki, İran və onun silahlı qüvvələri hazırdır. İndi onlar heç vaxt olmadığı qədər güclüdürlər. Düşmənlərin istənilən yeni hücumuna qətiyyətlə və bütün gücləri ilə cavab verəcəklər”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İran
ABŞ