Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, İsrail hərbçiləri bu bazaların inşasına hələ 2024-cü ilin sonlarında hazırlaşmağa başlayıb və gələcək münaqişələrdə əməliyyatlar üçün uzaq ərazilər seçiblər.
İraq rəsmiləri NYT-yə ikinci bazanın mövcudluğunu təsdiqləyib, lakin onun coğrafi yerini açıqlamayıb. Yalnız qeyd olunub ki, həmin baza da qərb səhrası bölgəsində yerləşir.
Məqalədə iddia olunur ki, İsrail hərbi bazası Təl-Əvivlə Vaşinqtonun İrana qarşı müharibəsindən əvvəl yaradılıb, İsrail Hərbi Hava Qüvvələri üçün logistik mərkəz kimi xidmət edib və ABŞ-nin xəbəri ilə fəaliyyət göstərib.
Nəşrin yazdığına görə, İsrail hərbçiləri mart ayında bu məkanı demək olar ki, aşkarlayan İraq qüvvələrinə hava zərbələri endirib.
Həmçinin qeyd olunur ki, Vaşinqton ən azı bir baza barədə 2025-ci ilin iyunundan, ola bilsin daha əvvəl məlumatlı olub ki, bu da həmin informasiyanın Bağdadın strateji tərəfdaşından gizlədildiyini göstərir.
İsrail və İraq arasında diplomatik münasibətlərin olmaması nəzərə alınaraq, bu addım “İraqın suverenliyinə açıq hörmətsizlik” kimi qiymətləndirilir.
İraq hökuməti bu hərbi bazaların mövcudluğunu rəsmi şəkildə tanımayıb və şərh etməyib. İsrail hərbçiləri isə jurnalistlərin bir neçə dəfə etdiyi müraciətlərə baxmayaraq, bu mövzuda açıqlama verməkdən imtina edib.
Sevinc Əliyeva
Ordu.az