“Reuters”: İran müharibəsi şirkətlərə milyardlarla dollar zərər vurur

2026/03/1773466996.jpg
Oxunub: 318     09:32     19 May 2026    
ABŞ və İsrailin İrana qarşı müharibəsinin dünya şirkətlərinə artıq ən azı 25 milyard dollar xərc yaratdığı bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, şirkətlər enerji daşıyıcılarının qiymətlərinin kəskin artımı, təchizat zəncirindəki pozuntular və ticarət marşrutlarının kəsilməsi ilə mübarizə aparır.

Bildirilir ki, buna səbəb İranın Hörmüz boğazına nəzarət etməsi ilə yaranan risklərdir.

Agentlik qeyd edir ki, azı 279 şirkət müharibəni maliyyə itkilərinin azaldılması tədbirlərinə səbəb kimi göstərib.

Bu tədbirlər arasında qiymət artımı, istehsalın azaldılması, dividend ödənişlərinin dayandırılması və səhmlərin geri alınması proqramlarının ləğvi yer alır.

Bəzi şirkətlər əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərib, yanacaq əlavələri tətbiq edib və dövlət dəstəyi istəyib.

Analitiklər hesab edir ki, iqtisadi artımın zəifləməsi fonunda şirkətlərin qiymətləri artıraraq xərcləri kompensasiya etməsi daha çətin olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Müharibə   İsrail  


Bizi "telegram"da izləyin