Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İrlandiyanın şimal-qərbində yerləşən Slayqo şəhərindən olan həkim Marqaret Konnoli “Global Sumud” donanmasının üzvləri ilə birlikdə Qəzza zolağına humanitar missiya çərçivəsində gedərkən saxlanılıb.
Məlumata görə, İsrail qüvvələri bazar ertəsi donanmadakı gəmilərə çıxaraq azı altı İrlandiya vətəndaşını saxlayıb.
İrlandiya Prezidenti Ketrin Konnoli bacısı ilə fəxr etdiyini, lakin onun üçün çox narahat olduğunu bildirib.
O qeyd edib ki, hadisə ilə bağlı hələ bütün detalları öyrənməyə vaxt tapmayıb.
Məlumata əsasən, bu hadisə İrlandiya və İsrail arasında onsuz da gərgin olan diplomatik münasibətləri daha da pisləşdirə bilər.
Xatırladılıb ki, 2024-cü ildə İsrail Dublin şəhərindəki səfirliyini bağlamışdı. Buna səbəb İrlandiyanın Fələstini tanıması və Qəzza zolağında İsraili “soyqırımı”nda ittiham etməsi olmuşdu.
“Global Sumud” qrupu bildirib ki, İsrail qüvvələri Aralıq dənizində, Kiprin cənubunda və Qəzzanın şimalında birdən çox gəmini dayandıraraq nəzarətə götürüb.
İsrail Xarici İşlər Nazirliyi isə donanmanı “təxribat naminə təxribat” adlandırıb.
Sevinc Əliyeva
Ordu.az