Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Avstraliyanın ən varlı qadınına məxsus “Hancock Prospecting” 3,3 milyard dollarlıq ABŞ portfelinin yenidən bölüşdürülməsi üçün təxminən 133 milyon dollar yönəldib.
Şirkət müdafiə sənayesi, qızıl və nadir torpaq metalları sahələrində mövqelərini gücləndirib.
Bildirilir ki, mart ayında “Hancock Prospecting” “CrowdStrike”, “L3Harris”, “Lockheed Martin”, “Northrop Grumman” və RTX kimi ABŞ müdafiə şirkətlərində pay əldə edib.
Eyni zamanda portfelə dünyanın ən böyük qızıl hasilatçılarından biri olan “Newmont” da əlavə olunub.
Şirkət həmçinin “Rare Earths Americas”ın 6,3 faiz səhmini alaraq strateji əhəmiyyətə malik nadir torpaq metalları sektorunda iştirakını artırıb.
Məlumata əsasən, “Hancock Prospecting” mis hasilatı ilə məşğul olan “Hudbay Minerals”dakı payını da təxminən 10 faiz artırıb.
Bununla yanaşı, şirkət Çilinin litium istehsalçısı SQM-dəki sərmayələrini tamamilə geri çəkib.
Sevinc Əliyeva
Ordu.az