Ermənistan KİV-i: Silahlı Qüvvələrdə hərbçilərin siyahıya alınmasına başlanılıb

2026/05/1779167505.jpg
Oxunub: 431     09:03     19 May 2026    
Ermənistan Silahlı Qüvvələrində hərbçilərin yaşayış yerlərinə görə siyahıya alınmasına başlanıldığı bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, hərbçilərə və onların ailə üzvlərinə iyunun 7-də keçiriləcək seçkilərdə iştirak edib-etmədiklərinin yoxlanılacağı barədə xəbərdarlıq olunub.

Qəzet yazır ki, bu fakt narazılıq dalğasına səbəb olub. Belə ki, həmin günlər üçün əvvəlcədən qeydə alınmış məzuniyyətlər də ləğv edilib.

“Mənbələrin sözlərinə görə, seçkilərdə iştirak etməyən hərbçilər və onların ailələri üçün “pis nəticələrin” olacağı barədə xüsusi xəbərdarlıq və təhdidlər səsləndirilib. Hələlik kimə səs verilməli olduğu açıqlanmasa da, bunun əlavə izaha ehtiyac olmadığı qeyd olunur.

Vətəndaşların seçkiyə getməsi hakimiyyət üçün istənilən nəticəyə zəmanət vermir, çünki seçicilər əvvəlki kimi sadəlövh deyillər və gizli müşahidə vasitələri ilə onların kimə səs verdiyinin müəyyən ediləcəyinə inanmırlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu  


Bizi "telegram"da izləyin