"ABC News": ABŞ-də İslam Mərkəzində baş verən atışmada üç nəfər həlak olub

2025/01/1735797289.jpg
Oxunub: 295     01:42     19 May 2026    
Kaliforniya ştatının San-Dieqo şəhərində İslam Mərkəzində baş verən atışma nəticəsində üç nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "ABC News" telekanalı məlumat yayıb.

Məlumata görə, hücum edənlər yeniyetmələr olub, onlar daha sonra özlərini öldürüblər.

Həlak olanlardan biri mərkəzin mühafizəçisi olub. Yerli polis nümayəndələrinin sözlərinə görə, o, atışmanın daha ciddi fəsadlarının qarşısının alınmasında "həlledici rol" oynayıb.

İnsidentin başvermə şəraiti araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Atışma  


Bizi "telegram"da izləyin