Ordu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat paylaşılıb.
Məlumata görə, sanksiya siyahısına Kuba Dövlət Şurasının sədri Xuan Laso, əks-kəşfiyyatın rəhbəri Xose Miqel Qomes del Valyin, ədliyyə naziri Rosabel Qamon Verde, energetika naziri Visente de la O Levi, rabitə naziri Marin Areviç, eləcə də bir neçə Kuba hərbi komandanı daxil edilib.
Xatırladaq ki, mayın 17-də Kuba hakimiyyəti ABŞ-nin mümkün müdaxiləsi səbəbindən ölkənin müdafiəsini gücləndirməyə başlayıb. Bundan əvvəl Kubanın xarici işlər naziri Bruno Rodriges bildirib ki, ABŞ-nin Kubaya qarşı hərəkətləri humanitar fəlakətə səbəb olacaq. Nazirin fikrincə, ABŞ-nin "təhlükə yaratmayan kiçik adaya" hücum etməsi üçün heç bir əsası yoxdur.
Ordu.az