Ordu.az xəbər verir ki, bu barədə “i24NEWS” telekanalı məlumat yayıb.
İsrailli rəsmilərdən biri bildirib ki, artıq həftənin sonuna qədər İranla müharibənin yenidən başlama ehtimalı səbəbindən hazırlıq səviyyəsi son dərəcə yüksəkdir.
Məlumata görə, təcili iclaslar ABŞ Prezidenti Donald Trampla Netanyahu arasında keçirilən telefon danışığından sonra təşkil olunub.
Bildirilir ki, Tramp Netanyahuya Çinə son səfəri barədə məlumat verib, lakin tərəflər gələcək addımlarla bağlı konkret qərar qəbul etməyiblər.
Mənbələr İsrail və ABŞ-nin intensiv koordinasiyanı davam etdirdiyini və bütün mümkün ssenarilərə hazırlaşdığını qeyd ediblər.
İsrailli rəsmilər hazırkı vəziyyəti “həqiqət anı” kimi qiymətləndirirlər.
Qeyd olunub ki, İsraildə İranla bağlı növbəti addımlara dair ABŞ Prezidentinin qərarı gözlənilir və hərbi əməliyyatların yenidən başlanması ssenarisi də nəzərdən keçirilir.
Netanyahu ilə telefon danışığından sonra Tramp “Truth Social” platformasında paylaşım edərək İranı xəbərdar edib və vaxtın tükəndiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az