Meksika və Uruqvay Kubaya humanitar yardım göndərib

2026/04/1776484038.jpg
Oxunub: 391     23:40     18 May 2026    
Bu gün Havana limanına Meksika və Uruqvaydan növbəti humanitar yardım partiyası çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Kubanın "Cubadebate" portalı məlumat yayıb.

Məlumata görə, limanda gəmini Kubanın Baş nazirinin müavini Oskar Peres Oliva Fraqa, Kubanın qida sənayesi və daxili ticarət nazirləri, Meksika və Uruqvayın Havanadakı səfirləri qarşılayıblar.

Qeyd olunub ki, humanitar yardıma ərzaq məhsulları və gigiyena vasitələri daxildir və ilk növbədə, uşaqlara, yaşlılara və ehtiyacı olan ailələrə yönəldiləcək.

"Kuba ABŞ hökuməti tərəfindən respublikaya qarşı tətbiq edilən ticarət-iqtisadi və maliyyə blokadasının gücləndirilməsi ilə daha da ağırlaşan böyük iqtisadi çətinliklər yaşayır", - Kubanın qida sənayesi naziri Alberto Lopes qeyd edib.

Meksikanın Kubadakı səfiri Miqel İqnasio Dias Reynoso bildirib ki, bu, ilin əvvəlindən bəri Meksikanın Kubaya göndərdiyi artıq səkkizinci yardım partiyasıdır. Bu dəfə təşəbbüsə Uruqvay da qoşulub.

Qeyd edək ki, bu ilin yanvar ayının sonunda ABŞ administrasiyası adaya yanacaq tədarükünün tam blokadasına yönəlmiş tədbirlər elan etdikdən sonra Kubada vəziyyət kəskin şəkildə pisləşib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika   Uruqvay   Kuba  


Bizi "telegram"da izləyin