Ermənistanda Paşinyanın keçmiş arvadının mühafizəçiləri ilə bağlı müzakirələr gündəmə gəlib

2026/05/1779119276.jpg
Oxunub: 389     19:43     18 May 2026    
Ermənistan parlamentində Nikol Paşinyanın keçmiş arvadı Anna Hakopyanın mühafizəçiləri ilə bağlı müzakirələr gündəmə gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Məlumata görə, mayın 18-də jurnalistlər Ermənistan parlamentinin həyətində Anna Hakopyana məxsus xidməti avtomobilləri və təhlükəsizlik əməkdaşlarını görüblər.

İlkin ehtimallara əsasən, Anna Hakopyanın parlament binasında olduğu düşünülüb.

Lakin “Mənim Addımım” fondu jurnalist sorğusuna cavab olaraq bildirib ki, həmin gün nə Anna Hakopyan, nə də ona xidmət göstərən avtomobil parlamentdə olmayıb.

Fondun açıqlamasında qeyd olunub ki, parlament ərazisində yalnız təhlükəsizlik xidmətinin əməkdaşları fasilə məqsədilə olublar.

Mətbuatda təhlükəsizlik əməkdaşlarının iki avtomobillə parlamentə gəlməsinin və parlament ərazisindən istifadə etməsinin səbəbi ilə bağlı suallar qaldırılıb.

Qeyd olunub ki, Anna Hakopyan dövlət qulluqçusu olmadığı halda onun mühafizəçilərinin parlamentə maneəsiz giriş-çıxışı diqqət çəkir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakopyan  


Bizi "telegram"da izləyin