Mariya Zaxarova Paşinyanla bağlı qalmaqallı insidentə münasibət bildirib

2025/06/1749646629.jpg
Oxunub: 357     17:30     18 May 2026    
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyan ilə bir vətəndaş arasında baş vermiş qalmaqallı insidentə münasibət bildirib.

Ordu.az xəbər verir ki, Mariya Zaxarova bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Zaxarova Paşinyanın bir qadına ünvanladığı sərt və təhdid xarakterli ifadələrə diqqət çəkib.

“Paşinyan Ermənistan vətəndaşına deyib: “De ki, təşəkkür edirəm, indi yan otaqdakı tualetdə sənin başını əzmədilər”. Makron və Zelenskinin İrəvana səfəri nəticəsiz qalmayıb. “Avropa dəyərləri” göz qabağındadır”, - deyə Zaxarova yazıb.

Qeyd olunub ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin bu reaksiyası Ermənistan cəmiyyətində geniş müzakirə olunan hadisə fonunda verilib.

Həmin hadisə zamanı Nikol Paşinyan bir erməni qadın sakinlə mübahisə edib və sərt, təhdid xarakterli ifadələr işlədib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Paşinyan  


Bizi "telegram"da izləyin