WUF13-də Latın Amerikası və Karib hövzəsi ölkələri nazirlər forumunun plenar iclası başlayıb

2026/05/Ekran-1779110166.jpg
Oxunub: 320     17:08     18 May 2026    
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Latın Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və Yüksək Səviyyəli Rəsmilər Forumunun (MINURVI) ikinci plenar iclası başlayıb.

Ordu.az xəbər verir ki, bu, regionda mənzil və şəhər siyasətini əlaqələndirən ən mühüm hökumətlərarası orqandır.

Əsas vəzifə regional strategiyaların əlaqələndirilməsi, Latın Amerikası və Karib hövzəsi ölkələrinin maraqlarının qlobal arenada təmsil olunması, həmçinin qabaqcıl təcrübə mübadiləsinə dəstək verilməsidir.

MINURVI-nin XXXIV Baş Assambleyası 2025-ci ilin dekabrında Brictaunda (Barbados) baş tutub.

Xatırladaq ki, mayın 22-dək davam edəcək WUF13-də iştirak etmək üçün 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: WUF13   İclas  


Bizi "telegram"da izləyin