Zimbabvenin Vitse-prezidenti: "Azərbaycanın timsalında WUF qlobal əhəmiyyət daşıyan platformaya çevrilir"

2026/05/1779108234.jpg
Oxunub: 265     16:36     18 May 2026    
Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa qonaqpərvərliyə və səmimi qarşılanmaya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Ordu.az xəbər verir ki, Vitse-prezident bu barədə WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı danışıb.

O bildirib ki, Azərbaycanın timsalında Ümumdünya Şəhərsalma Forumu qlobal əhəmiyyət daşıyan platformaya çevrilir:

"Dünya liderlərinə və hökumət başçılarına bu məsələyə göstərdikləri diqqətə görə təşəkkür edirəm. Hər kəs üçün dayanıqlı yaşayış məskənlərinin yaradılması istiqamətində bu Forumun inkişaf etdirilməsi, siyasi iradənin və praktiki strategiyaların gücləndirilməsi vacibdir. Biz birlikdə həll yolları tapmalıyıq. Çünki bu gün dünyada 3 milyard insanın yaşayış evi yoxdur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zimbabve   Azərbaycan  


Bizi "telegram"da izləyin