Liviya Prezident Şurasının Sədri Azərbaycana təşəkkür edib

2026/05/1779108069.jpg
Oxunub: 319     16:30     18 May 2026    
Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) təşkil etdiyi üçün Azərbaycana təşəkkür edib.

Ordu.az xəbər verir ki, o, bu barədə WUF13 çərçivəsində ilk dəfə təşkil olunmuş Liderlər Sammitində danışıb.

"Azərbaycana və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkürümüzü bir daha ifadə edirik. Biz onun nəticələrini hamı üçün daha ədalətli, davamlı və firavan gələcəyə doğru praktiki bir addım kimi səbirsizliklə gözləyirik. Bununla da bilik və texnologiya transferinə, eləcə də təcrübə mübadiləsinə ən yüksək əhəmiyyətin verilməsini təmin edə bilərik", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Liviya   Azərbaycan  


Bizi "telegram"da izləyin