Ordu.az xəbər verir ki, bu barədə Esvatini nümayəndə heyətinin təmsilçisi Piter Deon Anderson WUF13 çərçivəsində "Report"a bildirib.
"Komandamız artıq tədbir çərçivəsində Azərbaycanla bir sıra tərəfdaşlıq sazişləri imzalayıb. Hesab edirik ki, bu əməkdaşlıq uğurla inkişaf edəcək", - o qeyd edib.
Bununla yanaşı, P.Anderson Esvatini nümayəndə heyətinin Bakıda forumun təşkili səviyyəsini yüksək qiymətləndirdiyini vurğulayıb: "Bu, çox yaxşı forumdur. Burada təcrübə mübadiləsi və əməkdaşlığın inkişafı üçün yaxşı atmosfer yaradılıb".
Ordu.az