Mərakeş nümayəndəsi: "WUF13 müxtəlif təcrübələrin paylaşılması üçün əlverişli mühit təqdim edir"

2026/05/Ekran-1779106815.jpg
Oxunub: 205     15:54     18 May 2026    
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil, yaşayış və dayanıqlı şəhər inkişafı sahəsində siyasət və təcrübələr ətrafında müzakirələri davam etdirmək üçün yeni imkan yaradır.

Ordu.az xəbər verir ki, bunu Mərakeşin Ərazi Planlaşdırılması, Mənzil Təsərrüfatı və Şəhər Siyasəti Nazirliyinin mənzil tikintisi məsələləri üzrə dövlət katibi Adib Benbrahim WUF13 çərçivəsində "Urban Expo"da bu ölkəyə məxsus pavilyonun açılış mərasimində deyib.

O qeyd edib ki, mənzil məsələsi Krallıq üçün strateji prioritetdir:

"Ölkə vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına, inklüziv şəhər siyasətlərinin inkişafına və ərazilərin dayanıqlılığının gücləndirilməsinə böyük önəm verir. Bu kontekstdə biz dialoqa, təcrübə mübadiləsinə və qarşılıqlı yanaşmaların zənginləşdirilməsinə xüsusi əhəmiyyət veririk ki, bu da dövlət siyasətlərinin formalaşdırılmasına və şəhər problemlərinə cavabların yaxşılaşdırılmasına töhfə verir. Dünya Şəhərsalma Forumunun müxtəlif buraxılışlarında iştirakımız əməkdaşlığa və kollektiv düşüncəyə töhfə vermək istiqamətində davamlı öhdəliyimizin göstəricisidir".

Mərakeş rəsmisinin sözlərinə görə, WUF13 müxtəlif təcrübələrin paylaşılması və əldə olunan nəticələrin ümumiləşdirilməsi üçün əlverişli mühit təqdim edir:

"Mərakeş nümayəndələri forum çərçivəsində doqquzdan çox sessiyada iştirak edəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mərakeş   WUF13  


Bizi "telegram"da izləyin