Erməni sakindən Paşinyana: “Etdiklərinizə görə cavab verəcəksiniz”

2026/05/1779105872.jpg
Oxunub: 340     16:06     18 May 2026    
Mayın 18-də İrəvanda keçirilən seçkiqabağı təşviqat zamanı Ermənistanın baş naziri Nikol Paşinyana yaxınlaşan qadın onu 5 min insanın ölümünə səbəb olmaqda ittiham edib.

Ordu.az xəbər verir ki, hazırda ölkədə hakim olan “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Paşinyan bu ittihamdan narazı qalaraq qadından həmin rəqəmi haradan götürdüyünü soruşub.

Paşinyan bildirib ki, bu rəqəm yalandır və onun partiyası ilə bağlı deyilənlərin hamısı saxtakarlıqdır.

“5 min qurban barədə danışmaqla siz yalanın iştirakçısına çevrilirsiniz. Xahiş edirəm buna qoşulmayın”, - deyə o bildirib.

Paşinyana həmçinin onun əvvəllər “Qarabağ Ermənistandır, vəssalam” dediyi, indi isə “Qarabağ Azərbaycandır, vəssalam” söylədiyi xatırladılıb.

Erməni qadın əlavə edib ki, Paşinyan etdiklərinə görə cavab verəcək.

Paşinyan isə artıq bu məsələlərlə bağlı izahat verdiyini bildirərək erməni qadını münasibətini səsvermə günü ifadə etməyə çağırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin