Ordu.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Məlumata görə, erməni mama-ginekoloq işləyən Arpine Soğoyana öz ərizəsi ilə işdən çıxması tövsiyə edilib, lakin o, bu təklifi qəbul etməyib.
Bildirilir ki, işdən çıxarılma ilə bağlı göstəriş İrəvan meriyasından verilib.
Qeyd olunub ki, hadisə zamanı İrəvan meri Tiqran Avinyan da həmin ərazidə olub və həkimi şəxsən tanıyır.
Xatırladaq ki, mayın 18-də İrəvanın Arabkir inzibati rayonunda “Vətəndaş Müqaviləsi” partiyasının təşviqat kampaniyası zamanı Nikol Paşinyanla erməni həkim arasında insident baş verib.
Tibb elmləri namizədi, mama-ginekoloq Arpine Soğoyan Paşinyana yaxınlaşaraq onu Qarabağı təhvil verməkdə ittiham edib.
Məlumata görə, bundan sonra Paşinyan əsəbiləşərək Ermənistanın keçmiş prezidentləri, Samvel Karapetyan və Qaqik Tsarukyanın ünvanına təhdidlər səsləndirib.
Alpər Mövludoğlu
Ordu.az