“Hamısını bir-bir tapıb məhv edəcəyəm” - Paşinyan

2026/05/1778766935.jpg
Oxunub: 351     15:47     18 May 2026    
“Ermənistan qanunvericiliyinə uyğun olaraq və xalqın mandatını daşıyan şəxs kimi konkret insanları hədələyirəm ki, onlar həbs olunacaqlar və olunmalıdırlar. Fiziki təhdid isə maska ilə danışanlara aiddir. Bəli, bu fiziki təhdiddir, çünki onları dəyənəklə vuracağıq”.

Ordu.az xəbər verir ki, bunu mayın 18-də İrəvanda seçkiqabağı təşviqat çərçivəsində jurnalistlərlə söhbəti zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Hazırda ölkədə hakim olan “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Paşinyan bildirib ki, müxalif qüvvələrin nümayəndələri cinayət işləri üzrə cinayətlərdə iştirakçı kimi keçirlər.

“Bu fiziki təhdid maska ilə çıxış edənlərə aid ola bilər, çünki onları dəyənəklə vuracağıq, məhv edəcəyik. Çiynində avtomat gəzdirib danışanları bir-bir tapıb məhv edəcəyəm. Hüquq-mühafizə orqanlarımız onları asfalt yalatdıraraq cəzaçəkmə müəssisələrinə aparacaqlar. Son səkkiz ildə buna bənzər çoxsaylı hallar olub”, - deyə o əlavə edib.

Paşinyan hakimiyyətin “mafiyanın” 23 rəhbərindən 20-ni zərərsizləşdirdiyini, üç nəfərin isə qaldığını bildirib. O qeyd edib ki, ilin sonuna qədər bu məsələ də həll olunmalıdır.

“Mən qadını hədələməmişəm, Robiki hədələmişəm və indi də hədələyirəm. Məhv edəcəyəm. Əgər həmin qadın Ermənistan xalqının nümayəndəsi ilə danışdığını anlamırsa, mən də onun sahibləri ilə danışır və hədələyirəm”, - deyə Paşinyan vurğulayıb.

Paşinyan qeyd edib ki, “Qarabağ ləhcəsi” ilə təhdidlər səsləndirənlərin hamısı qorxaq insanlardır.

Onun sözlərinə görə, onların bir hissəsi artıq mühakimə olunur və digərləri də məhkəmə qarşısına çıxmalıdır.

Paşinyan həmçinin bildirib ki, Konstitusiya dəyişdirilməlidir və hakimlər həqiqi hakim statusuna malik olmalıdırlar.

“Mən demokratiyadan demokratiyaya qarşı istifadə etmək istəyənləri hədələyirəm. Mən Kaluqalı oliqarx Samvel Karapetyanı, Qagik Tsarukyanı, Robert Köçəryanı və Serji hədələyirəm. Sizi məhv edib diz çökdürəcəyəm”, - deyə o bildirib.

Paşinyan qeyd edib ki, hüquq-mühafizə orqanları və “Vətəndaş Müqaviləsi” partiyası lazım gələrsə onun açıqlamalarına hüquqi qiymət verəcək və müvafiq tədbirlər görəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin