Keniya lideri WUF13-ün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür edib

2026/05/1779104642.jpg
Oxunub: 336     15:34     18 May 2026    
Keniya Prezidenti Uillyam Samoei Ruto Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Ordu.az xəbər verir ki, Keniya lideri bu barədə WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakıda yüksək səviyyədə və xüsusi qonaqpərvərliklə qarşılanıblar:

"Bu gün Azərbaycandayıq, bu möhtəşəm ölkədə mühüm beynəlxalq tədbirdə iştirak edirik. Bu, həqiqətən nəticəyönülmü tədbirdir. Çünki mənzil məsələsi hər bir ölkəni düşündürür. Statistikaya əsasən, dünyada 3 milyard insan qeyri-münasib mənzil təminatından əziyyət çəkir. Keniyada 1 milyon insan gecəqondularda yaşayır. Bu, sadəcə quru rəqəm deyil, bu, insandır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Keniya   Azərbaycan  


Bizi "telegram"da izləyin