Ordu.az xəbər verir ki, bunu Keniya Prezidenti Uillyam Samoei Ruto WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu, Afrika qitəsinə münasibətdə ən böyük paradoksdur:
"BMT Təhlükəsizlik Şurasının gündəliyinin 60 faizi Afrika məsələlərinə həsr olunub. Düşünün, sizin təmsil olunmadığınız masada sizin problemləriniz həll olunur. Ona görə də deyirik ki, BMT-nin mövcudluğunu davam etdirməsi və müəyyən anomaliyaların aradan qaldırılması üçün islahatlar vacibdir. Bakıda Afrikanın BMT Təhlükəsizlik Şurasında təmsilçilik hüququnun təmin olunmasının tələb etmək imkanımız var".
Ordu.az