Ordu.az xəbər verir ki, Melikyan bununla bağlı “Facebook” səhifəsində paylaşım edib.
O bildirib ki, baş nazir postunu tutan şəxs canlı yayım zamanı siyasi rəqiblərinə və Qarabağdan könüllü şəkildə köç etmiş şəxslərə qarşı açıq nifrət nitqi səsləndirib.
“Paşinyanın çıxışını bir neçə gün əvvəl həbs olunan Artak Avetisyanın ifadələri ilə müqayisə etmək lazımdır.
Əgər Nikol Paşinyanın bu çıxışı nifrət nitqi və hesablaşma təhdidi deyilsə, onda mən Ruben Melikyan deyiləm, bu gün mayın 18-i deyil və bu planet Yer deyil”, - deyə o bildirib.
Xatırladaq ki, mayın 18-də İrəvanın Arabkir inzibati rayonunda “Vətəndaş Müqaviləsi” partiyasının təşviqat kampaniyası zamanı Nikol Paşinyan ilə Qarabağdan könüllü şəkildə köç etmiş erməni qadın həkim arasında insident yaşanıb.
Məlumata görə, müharibədə itkin düşmüş yüksək rütbəli erməni zabitin bacısı olan qadın Paşinyana yaxınlaşaraq onu ittiham edib.
Bundan sonra Paşinyanın emosional tarazlığını itirdiyi və Ermənistanın keçmiş prezidentləri, Samvel Karapetyan və Qaqik Tsarukyanın ünvanına təhdidlər səsləndirdiyi bildirilir.
Alpər Mövludoğlu
Ordu.az