Ordu.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan “Facebook” hesabında paylaşım edib.
Məlumata görə, şəxsiyyəti naməlum olan şəxslər kompüter şəbəkəsində saxlanılan və ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatları qanunsuz əldə edərək canlı yayım zamanı yayıblar.
Bildirilir ki, həmin şəxslər nifrət və dözümsüzlük motivi ilə, xuliqanlıq niyyəti güdərək Paşinyana qarşı siyasi baxışları və dövlət fəaliyyəti ilə əlaqədar ölüm təhdidi səsləndiriblər.
Ermənistan İstintaq Komitəsi qeyd edib ki, bir qrup şəxs tərəfindən qətlin hazırlanması, kompüter sabotajı və odlu silah-sursatın qanunsuz dövriyyəsi faktları üzrə cinayət işi açılıb.
Hazırda hüquq-mühafizə orqanları cinayətdə iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq aparır.
Qeyd olunur ki, internetdə yayılan videoda maskalı şəxslər “Qarabağ ləhcəsi”ndə və təhqiramiz ifadələrlə Nikol Paşinyana müraciət ediblər.
Videoda şəxslərdən biri “Nikol, sən cavab verəcəksən, harada gəzdiyini bilirik” deyərək Paşinyanı hədələyib.
Ermənistanın baş naziri Nikol Paşinyan isə mayın 18-də Arabkir inzibati rayonunda keçirilən təşviqat kampaniyası zamanı həmin videoya münasibət bildirib.
Paşinyan videodakı şəxsləri hüquq-mühafizə orqanlarına könüllü təslim olmağa çağırıb və onların bir-bir tapılacağını deyib.
Alpər Mövludoğlu
Ordu.az