MDB Ermənistana 120 müşahidəçi göndərəcək

2026/05/1779099972.jpg
Oxunub: 338     14:28     18 May 2026    
MDB müşahidə missiyasının rəhbəri, MDB baş katibinin müavini Nurlan Seytimovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 18-də Ermənistan Mərkəzi Seçki Komissiyasında olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, Ermənistan parlament seçkiləri üçün MDB ümumilikdə 120 müşahidəçi göndərəcək.

“MSK sədri Vaaqn Hovakimyan müşahidə missiyasının nümayəndələrini salamlayıb və seçkilərə hazırlıq işləri barədə məlumat verib. Görüş zamanı seçki prosesinin təşkili və müşahidə mexanizmləri ilə bağlı məsələlər müzakirə edilib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MDB   Ermənistan  


Bizi "telegram"da izləyin