Litvanın xarici işlər naziri mayın 19-da Ermənistana səfər edəcək

2026/05/1779099895.jpg
Oxunub: 352     14:24     18 May 2026    
Litvanın xarici işlər naziri Kestutis Budris mayın 19-da rəsmi səfərlə Ermənistanda olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüş keçiriləcək.

Qeyd edilir ki, görüşdən sonra nazirlərin birgə mətbuat konfransı təşkil olunacaq. Səfər çərçivəsində tərəflərin ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edəcəyi gözlənilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Ermənistan  


Bizi "telegram"da izləyin