WUF13-də Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi"nin layihəsi təqdim edilib

2026/05/Ekran-1779098189.jpg
Oxunub: 313     13:42     18 May 2026    
Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türkiyənin Kahramanmaraş vilayətində salınan "Azərbaycan məhəlləsi"nin layihəsi təqdim edilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Kütləvi Mənzil Layihələri və Tədqiqat Mərkəzi şöbəsinin müdiri Ahmet Kutlu Gayretli Türkiyə pavilyonunda çıxış edib.

Onun sözlərinə görə, Türkiyənin TOKİ layihəsi çərçivəsində zəlzələdən sonra Kahramanmaraşda "Azərbaycan məhəlləsi" adlanan ərazidə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir.

Qeyd edilib ki, layihə çərçivəsində 1 223 yaşayış evi, 1 789 ticarət obyekti, 464 ofis, mədəniyyət mərkəzi və Heydər Əliyev adına məktəb də yer alıb.

Təqdimatda bildirilib ki, ərazidə ticarət zonaları, idman mərkəzi, məscid və istirahət sahələri sakinlərin ehtiyaclarına uyğun şəkildə layihələndirilib:

"Həmçinin, meydanlar və ictimai məkanlarla bağlı qərarlar yekunlaşdırılıb. Layihənin əsas məqsədi təhlükəsiz, müasir və sosial ehtiyaclara cavab verən yaşayış mühiti formalaşdırmaqdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kahramanmaraş   WUF13   Azərbaycan-məhəlləsi  


Bizi "telegram"da izləyin