Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, cinayət işi ölkənin Cinayət Məcəlləsinin “seçkiqabağı təşviqatın aparılmasına mane olma” maddəsi ilə açılıb.
Ermənistan İstintaq Komitəsindən verilən dəqiqləşdirməyə görə, daha bir şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, digər 3 nəfər barəsində isə hələlik məhkəmə iclası keçirilməyib.
Xatırladaq ki, daha əvvəl Ermənistan İstintaq Komitəsi hakim “Vətəndaş Müqaviləsi” partiyasının təşviqat kampaniyasına mane olduqları iddia edilən və “Güclü Ermənistan” blokunun tərəfdarları olduğu bildirilən 10 sakinin saxlanıldığı barədə məlumat yaymışdı.
Alpər Mövludoğlu
Ordu.az