Qubada dini ekstremizmlə mübarizə ilə bağlı regional konfrans keçiriləcək

2026/05/1779086328.jpg
Oxunub: 346     10:12     18 May 2026    
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə mayın 19-da Quba rayonunda "Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar" mövzusunda regional konfrans keçiriləcək.

Bu barədə Ordu.az-a komitədən məlumat verilib.

Bildirilib ki, tədbirdə Dövlət Komitəsinin və Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirakı gözlənilir.

Konfransın məqsədi dini ekstremizmin yaranma səbəblərini, onun cəmiyyətə və milli təhlükəsizliyə təsirlərini, müasir dövrdə ortaya çıxan ideoloji və informasiya təhlükələrini, eləcə də gənclərin radikal təsirlərdən qorunması yollarını müzakirə etməkdir. Bununla yanaşı, konfransda maarifləndirmə işinin prioritetləri və metodları ilə bağlı fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində "Sosial media və din" və "Dini ekstremizmi doğuran səbəblər və həll yolları" mövzuları üzrə panel müzakirələr, eyni zamanda din xadimləri üçün təlimin keçirilməsi nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quba   Konfrans  


Bizi "telegram"da izləyin