UN-Habitat: Azərbaycanın həmsədrlik etdiyi işçi qrupu işini 2029-cu ilə qədər davam etdirəcək

2026/05/Ekran-1779084536.jpg
Oxunub: 336     10:01     18 May 2026    
Azərbaycan Somali ilə birlikdə 2029-cu ilə qədər beynəlxalq tövsiyələrin hazırlanması ilə məşğul olacaq mənzil məsələləri üzrə fəaliyyətdə olan açıq işçi qrupunun həmsədridir.

Ordu.az xəbər verir ki, bunu UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda açıq işçi qrupu çərçivəsində BMT-yə üzv dövlətlərə mənzil siyasəti məsələləri üzrə dəstək davam etdirilir:

"Azərbaycan Somali ilə birlikdə bu qrupun fəaliyyətdə olan həmsədridir. Açıq işçi qrupu 2029-cu ilə qədər fəaliyyət göstərəcək və gözlənildiyi kimi aktual meyllərə, konsensusa və əldə olunmuş razılaşmalara əsaslanan bir sıra normativ tövsiyələr hazırlayacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   UN-Habitat  


Bizi "telegram"da izləyin