WUF13-ün 2-ci gününün rəsmi açılış mətbuat konfransı keçirilir

2026/05/Ekran-1779082050.jpg
Oxunub: 335     09:16     18 May 2026    
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) 2-ci günü çərçivəsində rəsmi açılış mətbuat konfransı keçirilir.

Ordu.az xəbər verir ki, mətbuat konfransı həftənin əsas gündəliyini müəyyən edəcək.

Tədbirdə “Dünyanı məskunlaşdırmaq: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu təqdim olunacaq, qlobal mənzil böhranının həlli, şəhər dayanıqlığının gücləndirilməsi, eləcə də dünya üzrə şəhər və icmalarda davamlı urbanizasiya siyasətlərinin inkişafı istiqamətində prioritet məsələlər müzakirə ediləcək.

Mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, və Malayziyanın Mənzil və Yerli Özünüidarəetmə Naziri və Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları

Proqramı (UN-Habitat) Assambleyasının hazırkı prezidenti Nga Kor Ming çıxış edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: WUF13   Bakı  


Bizi "telegram"da izləyin