“Nikol Paşinyan qoparılıb atılmalı olan sınıq barmaqdır” - Köçəryan

2026/05/1779036140.jpg
Oxunub: 440     20:36     17 May 2026    
“Nikol Paşinyan qoparılıb atılmalı olan sınıq barmaqdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan Abovyan sakinləri ilə görüşü zamanı deyib.

Köçəryan prezident olduğu 10 il ərzində heç vaxt sakinlərin ona müharibə ehtimalı ilə bağlı sual vermədiyini bildirib.

O qeyd edib ki, Ermənistan həm Rusiya ilə strateji münasibətlər qurur, həm də Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirirdi və müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunurdu.

Siyasətçi bildirib ki, Qarabağ məsələsi üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində “effektiv şəkildə aparılırdı”.

Köçəryanın sözlərinə görə, bütün bunlar “avantürist bir şəxs”in hakimiyyətə gəlməsi ilə dağıdılıb.

“O gəldi, xalqı aldatdı, hakimiyyətə seçildi və bundan sonra danışıqlar prosesini iflic etdi, hər şeyi məhv etdi”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Paşinyan  


Bizi "telegram"da izləyin