"Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır" - UN-Habitat rəsmisi

2026/05/Ekran-1779030946.jpg
Oxunub: 397     18:20     17 May 2026    
Bu gün WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşündə dayanıqlı şəhər məsələsi, mənzillər, torpaqlara əsasən xidmətlər və digər məsələlərə toxunuldu.

Ordu.az xəbər verir ki, bu fikirləri Un-habitatın Qlobal Həllər Şöbəsinin direktoru Rafels Tuts WUF13 çərçivəsində “Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşü – Bağlanış Sessiyası”nda deyib.

Un-habitat rəsmisinin sözlərinə görə, növbəti 10 il icra dövrü olmalıdır.

“Bunun üçün maliyyə, yerli qaynaqlar və daha çox məlumata ehtiyac var. Nazirlərin bu günkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır. Bugünkü müzakirələr yüksək səviyyəli görüşün hazırlanmasına xidmət edəcək. Çiyinlərimizə yeni məsuliyyətlər qoyulur. Bakı iclaslarını gəlin Nyu-Yorkda davam etdirək”, - deyə R. Tuts əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UN-Habitat   WUF13  


Bizi "telegram"da izləyin