Anar Quliyev: "Azərbaycan Meksikaya WUF14-ün keçirilməsində dəstək göstərməyə hazırdır"

2026/05/Ekran-1779030303.jpg
Oxunub: 372     18:07     17 May 2026    
Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyasının (WUF14) uğurla keçirilməsinə hazırlıqda Meksikaya dəstək göstərməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən WUF13-ün birinci gününün yekunlarına dair bəyanatla çıxış edərkən bildirib.

"Meksikanı Ümumdünya Şəhərsalma Forumunun növbəti ev sahibi ölkəsi olması münasibətilə təbrik etmək istəyirəm. Biz Azərbaycanın təcrübəsini, çıxarılan dərsləri və WUF13-ün əməliyyat təcrübələrini bölüşməkdən, eləcə də növbəti foruma uğurlu keçidi dəstəkləməkdən məmnun olarıq. Ev sahibi ölkələr arasında varisliyin möhkəmləndirilməsi forumun daha güclü və səmərəli irsinin formalaşdırılmasının mühüm hissəsidir", - A. Quliyev deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anar-Quliyev   Azərbaycan   Meksika  


Bizi "telegram"da izləyin