“Hakimiyyət hətta öz səhvlərindən də nəticə çıxarmır, çünki bunun bədəlini xalq ödəyir” - Köçəryan

2026/05/1779027593.jpg
Oxunub: 410     18:16     17 May 2026    
Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan Nor Hatsn sakinləri ilə görüş zamanı ölkədə yaranmış vəziyyəti obrazlı müqayisə ilə şərh edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Biri ağac əkir, digəri isə balta ilə gəlib onu kəsir”, - deyə Köçəryan qeyd edib.

Köçəryan almaz emalı sahəsinə toxunaraq xatırladıb ki, vaxtilə Nor Hatsn sakinlərinin cəlb olunduğu bu sahədə xammal problemi həll edilmiş və nəticədə böyük inkişaf əldə olunmuşdu.

O, xarici siyasətlə iqtisadiyyatın qarşılıqlı bağlılığı barədə fikrini yenidən təkrarlayıb.

“Bu gün təhlükəsizlik sahəsində tam iflas var, dostlarla münasibətlər korlanıb və bu da təhlükəsizlik təhdidlərini daha da artırır”, - deyə erməni siyasətçi bildirib.

Köçəryanın sözlərinə görə, 2018-ci ildən etibarən “islahatlar” adı altında ordudan döyüş komandirləri uzaqlaşdırılıb, ölkə köhnələr və yenilər, ağlar və qaralar, varlılar və kasıblar arasında bölünüb, eyni zamanda əsas müttəfiqlə münasibətlər pisləşdirilib.

Köçəryan bildirib ki, müharibə ölkənin səfərbər edilə bilməməsi səbəbindən uduzulub, çünki müharibədə yalnız ordu deyil, bütün ölkə iştirak edir.

Onun sözlərinə görə, hakimiyyət hətta öz səhvlərindən də nəticə çıxarmır, çünki bunun bədəlini xalq ödəyir.

“Nikol Paşinyan indi də Ermənistanın təhlükəsizliyinin təminatçısının Azərbaycan olduğunu bəyan edir. Doğrudanmı? Məgər biz dəlixanadayıq? Ermənistanı sınaq meydanına çevirməyə, onun üzərində daimi eksperimentlər aparmağa, Ermənistanın həyati maraqları ilə heç bir əlaqəsi olmayan siyasət yürütməyə icazə verməliyik? Bunun bədəlini isə hamımız ödəyək? Buna davam etməyə icazə verməliyik? Ayağa qalxıb “bəsdir” demək lazımdır”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin