Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan Çarentsavan sakinləri ilə görüşdə deyib.
“Hakimiyyətlər hər şeyi edib ki, biz prosesə heç bir şəkildə təsir göstərə bilməyək. Bir anlıq hətta düşündüm ki, Moskvaya uçmalıyam, tərəfdaşlarımı mümkün qədər tez müharibəni dayandırmağa razı salmalıyam. Müharibənin 3-4-cü günündə artıq mənə aydın idi ki, belə təşkilatlanma ilə bunun yaxşı sonluğu olmayacaq. Həmin vaxt mənim ölkədən çıxış qadağam var idi. Məhkəmədən getmək üçün icazə almışdım. Amma koronavirus var idi, testsiz mümkün deyildi. Test verdim. Sağlam olmağıma və özümü yaxşı hiss etməyimə baxmayaraq, cavab belə oldu ki, məndə koronavirus var. 4-5 sürətli test etdim, hamısı mənfi çıxdı. Yəni burada da onlar hər şeyi etdilər ki, mən əlaqələrimdən istifadə edə bilməyim”, - deyə Köçəryan bildirib.
Sabiq erməni prezident, həmçinin qeyd edib: “Biz məsuliyyətdən qaçmamışıq. Özümüz getdik (Qarabağa-red.) və kömək təklif etdik. Rədd etdilər. Adını çəkmək istəmədiyim bir məmur hətta bəyan etdi ki, biz qələbə qazanacağımızı bilirik və “onlar şöhrəti öz adlarına çıxarmaq istəyirlər”.
Sülh təminatları ilə bağlı suala cavab verən Köçəryan xatırladıb ki, Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun ləğvinə razılıq verib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının səlahiyyətlərinə malik olan Minsk Qrupu təminatçı rolunu oynaya bilərdi, lakin Paşinyana bu, lazım deyildi, çünki həmin halda o, müharibə ilə şantaj edə və sülhü öz şəxsi ilə əlaqələndirə bilməyəcəkdi.
“Sülh bir nəfərdən asılı ola bilməz. O, hər şeyi elə etdi ki, şantaj etmək imkanı olsun, kreslosunu qorumaq onun üçün bütün xalqın maraqlarından üstün oldu”, - deyə Köçəryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az