“Ən düzgün model yarımprezident idarəetmə sistemidir” - Köçəryan

2026/05/1779026613.jpg
Oxunub: 412     17:56     17 May 2026    
Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan ölkədə prezidentin səlahiyyətlərinin dəyişdirilməsinin vacibliyini bildirib.

Ordu.az xəbər verir ki, Köçəryan bu barədə Çarentsavan sakinləri ilə görüş zamanı danışıb.

Prezident idarəetmə sisteminin bərpasının məqsədəuyğun olub-olmaması ilə bağlı suala cavab verən Köçəryan yarımprezident idarəetmə modelini ən yaxşı variant hesab etdiyini bildirib.

“Prezidentin səlahiyyətlərinin dəyişdirilməsinin vacibliyinə şübhəm yoxdur. Bu gün bizdə heç nə etməyən, görünməyən, dondurma yeyən, piano çalan və büdcə hesabına 100 nəfərlik aparat saxlayan dekorativ prezident var”, - deyə o qeyd edib.

Köçəryan belə vəzifənin mənasız və anlaşılmaz olduğunu vurğulayıb.

O həmçinin ölkə rəhbəri üçün təhsil senzinin tətbiq olunmasının vacibliyi ilə razılaşıb və daha yaxşı variant kimi IQ testinin keçirilməsini təklif edib.

Bu kontekstdə Köçəryan xatırladıb ki, Nikol Paşinyan baş nazir vəzifəsini tutarkən ali təhsilə malik olmayıb və diplomu sonradan “çox şübhəli yollarla” əldə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin