Ordu.az xəbər verir ki, bu barədə o, Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı bildirib.
Hazırda Yaxın Şərq ölkələrinə bir sıra səfərlər həyata keçirən Fransanın xarici işlər naziri vurğulayıb ki, müharibənin yeni eskalasiyası region və bütün dünya üçün ciddi risklər yaradır.
“Biz hərbi əməliyyatların yenidən başlanmasına imkan verməmək üçün mümkün olan hər şeyi etməliyik, bu, müharibənin lap əvvəlindən hamı üçün aydın idi. Eskalasiya riskləri həddindən artıq yüksəkdir və dünya iqtisadiyyatı üçün ciddi nəticələrə səbəb ola bilər”, - deyə Barro bildirib.
Nazirin fikrincə, ABŞ və İran atəşkəs dövründən istifadə edərək sülh danışıqlarını davam etdirməli və razılığa gəlməlidir.
“Danışıqlara başlamaq lazımdır ki, İran rejimi öz mövqeyini köklü şəkildə dəyişsin, regionda sülh şəraitində birgə yaşayış üçün əhəmiyyətli güzəştlərə getsin və onun xalqı öz gələcəyini sərbəst şəkildə qura bilsin”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az