Ukrayna ordusu Çelyabinsk aerodromunda Rusiya hərbi təyyarələrinin vurulduğunu açıqlayıb

2026/04/1776060552.jpg
Oxunub: 344     16:51     01 May 2026    
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Çelyabinsk vilayətindəki Şaqol aerodromunda bir neçə Su-57 qırıcısının və Su-34 qırıcı-bombardmançı təyyarəsinin vurulduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Telegram-da məlumat verib.

Məlumatda qeyd olunur ki, aviasiyanın vurulması Rusiyanın Ukrayna ərazisindəki mülki obyektlərə zərbə endirmə imkanlarının azaldılması tədbirlərinin bir hissəsidir.

"2026-cı il aprelin 25-də Rusiyanın Çelyabinsk vilayətindəki Şaqol aerodromunda Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin döyüşçüləri tərəfindən bir neçə Su-57 qırıcısı və Su-34 qırıcı-bombardmançı təyyarəsi vurulub", - bəyanatda deyilir.

Zərərin miqyası hazırda dəqiqləşdirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında həmçinin qeyd ediblər ki, hədəflər dövlət sərhədindən təxminən 1700 km məsafədə yerləşirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin