Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” avropalı rəsmilərə istinadən məlumat yayıb.
FT-nin məlumatına görə, Avropa İttifaqı və Ukrayna rəhbərlikləri arasında münasibətlər Kiyevin avrointeqrasiyanı sürətləndirmək üzrə israrlı tələbləri səbəbindən nəzərəçarpacaq dərəcədə soyuyub. Mənbənin məlumatına görə, Kiprdə Avropa Şurasının sammiti zamanı Ukrayna nümayəndə heyətinə üzvlük prosesinin siyasi yolla sürətləndirilə bilməyəcəyi bildirilib.
Nəşrin qeyd etdiyi kimi, ukraynalı nümayəndələr Aİ və ABŞ ilə danışıqlarda üzvlüyün sürətlə təsdiqlənməsində israr edir və genişlənmə siyasətini tənqid edirlər. Lakin Brüsseldə vurğulayırlar ki, üzvlük yalnız meyarlar yerinə yetirildiyi halda mümkündür.
“Üzvlük hədiyyə deyil. Ola bilsin, Kiyevdə bu məsələdə müəyyən anlaşılmazlıq yaranıb”, - deyə FT rəsmilərdən birinin sözlərini sitat gətirib.
Nəşrin digər həmsöhbəti bildirib ki, Ukrayna tərəfi tez-tez “siz bizə borclusunuz” ifadəsindən istifadə edir. Eyni zamanda, avropalı diplomatlar hesab edirlər ki, proses sürətləndirilsə belə, Ukraynanın Aİ-yə üzvlüyü təxminən on il çəkə bilər.
Sevinc Əliyeva
Ordu.az